EN

NZS-də daha 8 ev sökülür – VİDEO

Bakının Xətai rayonu, NZS qəsəbəsində iri diametrli kanalizasiya kollektorunun mühafizə zolağında inşa edilən qanunsuz tikililərin söküntüsü davam etdirilir.

Aparılan araşdırmalar nəticəsində daha 8 fərdi yaşayış evinin birbaşa strateji kollektorun üzərində tikildiyi müəyyən edilib. Təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması və gələcəkdə baş verə biləcək qəza risklərinin qarşısının alınması məqsədilə sözügedən tikililərin sökülməsinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, əraziyə cəlb olunan ağır texnika və işçi qüvvəsi tərəfindən söküntü işləri icra olunur. Mütəxəssislərin rəyinə görə, kollektorun üzərindəki tikililər həm kommunikasiya xətlərinin istismarını çətinləşdirir, həm də həmin evlərdə yaşayan sakinlər üçün ciddi təhlükə yaradırdı. Aidiyyəti qurumlar bənzər qanunsuz halların qarşısının alınması üçün qəsəbə ərazisində nəzarət tədbirlərini gücləndiriblər.

Aliyə,
NOCOMMENT.az

Chosen
11
nocomment.az

1Sources