EN

​Bu fəsildə doğulan uşaqlar xoşbəxt olur

Fəsillərin yeni doğulan uşaqların taleyində özünəməxsus rolu var. Metbuat.az xəbər verir ki, alimlər apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Onların fikrincə, xüsusilə yaz aylarında dünyaya gələn uşaqlar həm fiziki, həm də psixoloji baxımdan daha balanslı inkişaf edir. Günəş işığının çoxluğu onların erkən yaşlardan daha aktiv və enerjili olmasına təsir göstərir. Alimlərin fikrincə, günəş şüaları orqanizmdə D vitamininin artmasına səbəb olur. Bu isə həm immun sistemini gücləndirir, həm də insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Yazda doğulan uşaqlar ilk aylarından etibarən daha çox təmiz hava və gün işığı gördüyü üçün stressə daha davamlı olurlar.

Bundan əlavə, bu fəsildə doğulanlar sosial baxımdan da daha açıq və ünsiyyətcil olur. Açıq hava, təbiət və hərəkətli həyat tərzi onların xarakterinə müsbət təsir edir. Bütün bu amillər birlikdə onların daha xoşbəxt və pozitiv insan kimi formalaşmasına kömək edir.

Chosen
14
metbuat.az

1Sources