EN

İrana qarşı İsrail-ABŞ birgə əməliyyatında 18 mindən çox döyüş sursatı istifadə olunub

İsrail aviasiyası İrana qarşı ABŞ ilə birgə əməliyyat zamanı 8,5 mindən çox operativ və mindən çox zərbə uçuşu həyata keçirib.

"Report" xəbər verir ki, bu rəqəmləri ordunun mətbuat xidməti açıqlayıb.

Qeyd olunub ki, uçuşlar zamanı 6 700 infrastruktur komponentinə, eləcə də 4 min hərbi hədəfə 10 800-dən çox zərbə endirilib.

İsrail ordusu vurğulayıb ki, bu uçuşlar zamanı 18 mindən çox döyüş sursatından istifadə edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Chosen
33
2
far.az

3Sources