EN

Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hadisə Nəsimi rayonu, Tiflis prospekti ilə Cəfər Cabbarlı küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, yol nişanının tələbinə əməl etməyən BYD markalı avtomobil "Hunday" markalı maşınla toqquşub.

"Yol nişanlarının tələblərinə əməl etməklə qəza iştirakçısı olmaya bilərsiniz. Qaydalar sizin təhlükəsizliyiniz üçündür, əvvəlcə təhlükəsizliyinizdən əmin olun, daha sonra hərəkət edin", - deyə məlumatda qeyd olunub.

Chosen
18
2
buta.tv

3Sources