EN

Bahar Kuboku turniri keçiriləcək

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təqvim planına əsasən aprel ayının 14-15-i aralığında konkur üzrə “Bahar”Kuboku turniri keçiriləcək. 

Fanat.Az-a federasiyadan verilən məlumata görə Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klublarını, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq. 

İdmançılar 3 kateqoriyada: hündürlüyü 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar. 

Turnirin yekununa görə hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
5
fanat.az

7Sources