EN

40 gündür müharibə şəraitində olan İran Türkiyə ilə bağlı bu açıqlama verdi

ABŞ-İsrail-İran münaqişəsinin 42-ci günündə atəşkəs kövrək olaraq qalır.

Turkustan.az xəbər verir ki,Körfəzdəki kritik nöqtələrə raket hücumları bildirilsə də, Tehran administrasiyasından Türkiyə ilə bağlı diqqətçəkən bir açıqlama gəldi.

İran Prezident Aparatından verilən yazılı açıqlamada bildirilir ki, dünən İran Prezidenti Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Zəng zamanı liderlər müharibəyə son qoymaq üçün həll yolları barədə fikir mübadiləsi aparıblar.

İrana qarşı hərbi təcavüzün qarşısını almaq səylərinə görə bəzi dost və qonşu ölkələrə təşəkkür edən Pezeşkian bildirib: "Türkiyənin İrana qarşı qəddar hücumları pisləyən mövqeyini və xüsusilə də türk xalqının İranla təsirli həmrəyliyini yüksək qiymətləndiririk".

Aytən Yaşar/ Turkustan.az

Chosen
13
turkustan.az

1Sources