EN

Avarçəkənlərimiz beynəlxalq turnirdə yarışacaqlar

Kayak və kanoe üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası 16-18 aprel tarixlərində Türkiyənin Adana şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər. 

Fanat.Az xəbər verir ki, yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq. 

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.

Chosen
23
8
fanat.az

9Sources