EN

ABŞ hərbçiləri Pentaqon rəhbərini suçladılar

Küveytdə yerləşən ABŞ hərbi bazasına İranın hücumundan sağ çıxan hərbçilər Pentaqon rəhbərinin hadisə ilə bağlı açıqlamalarını təkzib edib.

Musavat.com xəbər verir ki, bu barədə “CBS News”  məlumat yayıb.

Məlumata görə, İranın ABŞ qüvvələrinə qarşı son illərin ən ölümcül hücumundan sağ çıxan hərbçilər Pentaqonun təqdim etdiyi hadisə təsvirini şübhə altına alır və bildirirlər ki, Küveytdə yerləşən bölmə əslində ciddi təhlükə altında olub.

Hərbçilər Pentaqon rəhbəri Pit Heqsetin “dronun möhkəmləndirilmiş obyektin müdafiəsini yararaq keçdiyi” barədə açıqlamasını təkzib ediblər. Yaralanan əsgərlərdən biri bunu yalan adlandıraraq qeyd edib ki, mövqe möhkəmləndirilməmişdi və bölmənin lazımi müdafiə vasitələri yox idi.

Onun sözlərinə görə, “guya bir dron müdafiəni yarıb keçib” kimi təqdimat həqiqəti əks etdirmir və bölmə ümumiyyətlə adekvat şəkildə qorunmayıb.

Hücum nəticəsində 6 hərbçi həlak olub, 20-dən çoxu yaralanıb. Bildirilir ki, bu, 2021-ci ildən bəri ABŞ hərbçilərinə qarşı ən ölümcül hücumdur.

Sağ qalanların sözlərinə görə, partlayışdan sonra yaralılar ağır kəllə-beyin travmaları alıb, güclü qanaxmalar və eşitmə zədələri müşahidə olunub.

Musavat.com

Chosen
31
musavat.com

1Sources