EN

Kreml Putininin xüsusi nümayəndəsinin ABŞ da səfərdə olduğunu təsdiqləyib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Donald Tramp administrasiyası ilə görüşmək üçün ABŞ-a səfər edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Dmitriyev Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmır, lakin ABŞ ilə iqtisadi əməkdaşlıq qrupu çərçivəsində işləyir.

Qeyd edək ki, “Reuters” agentliyi Dmitriyevin ABŞ-da səfərdə olduğunu və orada Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirdiyi barədə məlumat yayıb.

Məlumata görə, müzakirələr Ukrayna və Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq mövzularına yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
5
apa.az

7Sources