EN

Azərbaycanda qoyunları belə çimizdirəcəklər – FOTO

Mobil qoyun çimizdirmə qurğuları fermerlərin istifadəsinə verilib. 

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə,  heyvanların çimizdirilməsi yoluxucu xəstəliklərə qarşı profilaktik və müalicəvi məqsədlərlə aparılır. 

Mövsümlə əlaqədar olaraq heyvanlar arasında qan-parazitar (el arasında “qızdırma” adlandırılan) xəstəliklər geniş yayılır.

Bu xəstəliklərin yaranmasında ektoparazitlərin rolu böyükdür. Məhz buna görə də ektoparazitlərlə mübarizə məqsədilə dezinseksiya (gənələrə qarşı mübarizə) işləri aparılmalıdır.
 

Heyvanların çimizdirilməsi zamanı mütləq şəkildə baytar həkiminin iştirakı, nəzarəti və tövsiyələri ilə ektoparazitlərə (gənə, milçək, bit, birə və s.) qarşı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Preparatlar təlimata uyğun hazırlanmadıqda və ya baytar həkiminin iştirakı olmadan tətbiq edildikdə, heyvanlarda zəhərlənmə, ölüm halları, həmçinin qapalı şəraitdə tədbiri həyata keçirən şəxslərin zəhərlənməsi baş verə bilər.


Eyni zamanda, mövsümlə əlaqədar olaraq (havalar istiləşdikcə) heyvanların yaylaqlara köçürülməsi zərurəti yaranır. Bu səbəbdən heyvandarlıqla məşğul olan fermerlərə heyvanları yaylaqlara aparmazdan əvvəl qansoran həşərat və gənələrə qarşı çimizdirilməsi üçün  rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə müraciət etmələri tövsiyə olunur.




Bizim Media

Chosen
2
1
bizim.media

2Sources