EN

Vladiqafqazda anbarda GÜCLÜ PARTLAYIŞ: 8 nəfər YARALANDI – VİDEO

Vladiqafqazda anbarın partlaması nəticəsində səkkiz nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “TASS” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Vladiqafqaz şəhərində yerləşən anbarların birində güclü partlayış baş verib. Hadisə nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

FHN əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Yaralılara zəruri tibbi yardım göstərilir. Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
interpress.az

1Sources