EN

İsrail ordusu 250-dən çox Hizbullah artileriyaçısını öldürüb (VİDEO)

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Livanda əməliyyatlara başlayandanindiyədək Hizbullahın 200-dən çox raket buraxılış nöqtəsini məhvedib və artileriya bölmələrinin 250-dən çox üzvünü öldürüb.

Trend bu barədəİsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, öldürülən döyüşçülər arasında 15 komandir olub.Bu həftə isə qruplaşmanın Nəsr regional bölməsinin artileriya rəisizərərsizləşdirilib.

IDF bəzi zərbələrin görüntülərini “X” səhifəsində paylaşıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources