EN

Tarixi qala divarlarında bərpa işləriVİDEO

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı dərhal operativ tədbirlər görülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. Mütəxəssislər qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda da bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak etmişdir. Onların həyata keçirdiyi layihələr sırasında Qız qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr yer alır.

Mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

O da bildirilir ki,tarixi qala divarlarında müşahidə olunan qismən deformasiyalar təkcə Bakıya xas deyil. Açıq hava şəraitində yerləşən müdafiə tikililəri zamanla təbii təsirlərə daha həssas olur.

Hansıki, vaxtı ilə Avropa və Asiyanın qədim şəhərlərində də oxşar hallar qeydə alınıb. Məsələn, İtaliyada Roma qala divarlarının "Muro Torto" hissəsində torpaq sürüşməsi nəticəsində əyilmə baş verib, Çində Böyük Səddin bəzi seqmentlərində isə iqlim amilləri səbəbindən aşınma müşahidə olunub. Eyni vəziyyət Krakov və Avinyon kimi tarixi şəhərlərin qala divarlarında da qeydə alınıb.

Mütəxəssislər isə bildirirlər ki, belə abidələrin bərpası bir mərhələdə həyata keçirilmir. Əksinə, beynəlxalq təcrübədə konservasiya işləri uzunmüddətli plan əsasında, hissə-hissə icra olunur. Bu yanaşma abidənin orijinal görünüşünü qorumağa və struktur dayanıqlığını təmin etməyə imkan verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
8
xezerxeber.az

1Sources