EN

“Bavariya”nın futbolçusu “Real Madrid”lə cavab oyununu buraxacaq

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 aprel, AZƏRTAC

Almaniyanın “Bavariya” komandasının futbolçusu Lennart Karl UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İspaniyanın “Real Madrid” komandası ilə keçiriləcək cavab oyununu buraxacaq.

AZƏRTAC Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən gənc müdafiəçiyə sağ bud əzələsində lif qopması diaqnozu qoyulub.

18 yaşlı futbolçunun yaxın vaxtlarda meydana qayıtmayacağı bildirilib. Həmçinin, oyunçu Almaniya çempionatında sabah “Sankt-Pauli” ilə keçiriləcək səfər görüşündə də iştirak etməyəcək.

Xatırladaq ki, aprelin 15-də keçiriləcək “Bavariya” - “Real Madrid” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında ilk qarşılaşma Münhen klubunun 2:0 hesablı qələbəsi ilə bitib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
azertag.az

2Sources