EN

Azərbaycanda orta depozit faiz dərəcəsi açıqlanıb

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycanda orta depozit faiz dərəcələritədricən azalıb, 2024-cü ilin oktyabrında 8.7%-dən 2025-ci ilindekabrında 6.5%-ə enib.

Trend bu barədə"Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Bildirilib ki, bu dinamika pul siyasətinin yumşaldılması fonundabank sistemində maliyyələşmə xərclərinin azalmasını əks etdirib:"Kredit faizləri isə yüksək səviyyədə qalaraq 2025-ci ilindekabrında 18.69% təşkil edib ki, bu da maliyyələşmə xərclərindəkiazalmanın kredit qiymətlərinə ötürülməsinin məhdud və tədricən başverdiyini göstərir. Kapital bazarında isə korporativ və DMM üzrəistiqraz yerləşdirmələri üçün orta çəkili borcalma dərəcəsi 2025-ciildə 12.5% təşkil edib ki, bu da 3 illik dövlət istiqrazlarınınorta gəlirliliyi olan 7.6%-dən yüksəkdir.

Daha yüksək borcalma dərəcəsi əsasən emitent strukturunu əksetdirir, çünki il ərzində AZN ilə yerləşdirmələrin böyük hissəsidaha yüksək risk mükafatı ilə xarakterizə olunan bank olmayankredit təşkilatları tərəfindən həyata keçirilib. Bununla yanaşı,korporativ istiqrazların korporativ kreditlərə nisbəti 2023-cüildəki 6.5%-dən 2025-ci ildə 10.1%-ə yüksəlib ki, bu da korporativmaliyyələşmədə kapital bazarlarının rolunun tədricən artdığınıgöstərir. Bank kreditləri hələ də əsas maliyyələşmə mənbəyi olaraqqalmaqla yanaşı, bu dinamika maliyyələşmə mənbələrinindiverfikasiyasını və bazar əsaslı alətlərə çıxışın genişləndiyinigöstərir".

Məqalədə:
Chosen
29
2
az.trend.az

4Sources