EN

Bu çipsilərdə TƏHLÜKƏ: Valideynlər OXUSUN! FOTO

Marketlərdə satılan Belarus istehsalı olan “Mega Chips”lərinin təkibində olduqca zərərli qida əlavələrinin olduğu məlum olub.

Tribuna.az xəbər verir ki, bir müddətdir bazara çıxarılan və kifayət qədər alıcısı olan bu çipslərin tərkibində bir yox, bir neçə zərərli qida əlavəsi var.
Qablaşdırmada məhsulun tərkibi haqqında bunlar qeyd edilib: kartof lopaları (təzə kartof, stabilizator (yağ turşularının mono- və diqliseridləri), rafinə olunmuş, dezodorizə edilmiş günəbaxan yağı, buğda unu, kartof nişastası, aromatlaşdırıcı “Qaymaq və Pendir” (quru süd zərdabı, duz, quru tam süd, dad və ətir gücləndiricilər (E621, E627, E631), təbii dadlandırıcı maddələr, dad və ətir maddələri, turşuluq tənzimləyici (E330), bitki yağı, rəngverici (E160c), topaqlaşmanın qarşısını alan maddə (E551), yodlaşdırılmış yeyinti duzu (duz, kalium yodat, topaqlaşmanın qarşısını alan maddə (E536).
Mütəxəssislər tərkibi bu qədər qida əlavəsi ilə zəngin olan qidaların xüsusilə uşaqlar üçün olduqca zərərli olduğunu bildirir. Məhsulun üzərində tərkibinə qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsinə icazə verilmiş qida əlavələri (o cümlədən “E” indeksli) daxil edildiyi bildirilsə də, mütəxəsislər bu qədər qida əlavəsinin bir yerdə olduğu məhsulların zərərli olduğu qənaətindədir.
Bəs bu qida əlavələri orqanizmimizə hansı ziyanları vurur?
E621 (Monosodium glutamat – MSG)
Baş ağrısı, ürəkbulanma, halsızlıq və “Çin restoranı sindromu” deyilən simptomlar yarada bilər. Çox istifadə iştahə artırır, artıq çəki riski yaradır.
E627 (Disodium guanylate)
Güclü dad artırıcıdır (adətən E621 ilə birlikdə olur)
Allergik reaksiyalar, astması olanlarda simptomları ağırlaşdıra bilər və ən əsasə uşaqlar üçün tövsiyə edilmir.
E631 (Disodium inosinate)
Hiperaktivlik (xüsusilə uşaqlarda), allergik reaksiyalar, qodaqra (sidik turşusu yüksəkliyi) olanlara zərərli ola bilər.
E330 (Sitrik turşu)
Bu maddə təhlükəsiz sayılır, amma çox istifadə diş minasını zəiflədir, mədə turşuluğunu artıra bilər.
E160c (Paprika ekstraktı – rəngverici)
Əsasən təbii sayılır. Ancaq nadir hallarda allergiya, dəri həssaslığı yarada bilər.
E551 (Silisium dioksid)
Topaqlaşmanın qarşısını alır. Kiçik miqdarda təhlükəsiz sayılır, amma çox miqdarda qəbul həzm sisteminə təsir edə bilər.
E536 (Kalium ferrotsianid)
Duzda topaqlaşmanın qarşısını alır. Normal dozada təhlükəsizdir, amma yüksək miqdarda zəhərlənmə riski var (çox nadir). Ancaq böyrək problemləri olanlar üçün arzuolunmazdır
Ümumi nəticəyə əsasən deyə bilərik ki, bu əlavələr ayrı-ayrılıqda az miqdarda icazəli ola bilər. Ancaq bu qia əlavələrinin birlikdə və tez-tez istifadəsi sağlamlığa mənfi təsir edir. Xüsusilə uşaqlar, allergiyası olanlar və xroniki xəstələr üçün risklidir.
Xatırladaq ki, “Mega Chips”lər “Belprodukt” MMC məhsuludur. Azərbaycanda rəsmi nümayəndəsi “MEGA-AZ” MMC-dir.
Qarşı tərəfi dinləməyə hazırıq.






Chosen
33
yenilik.az

1Sources