EN

Hikmət Babaoğlu: Azərbaycanın müharibə nümunəsi hələ də XXI əsr müharibələr tarixində tək qəti qələbə nümunəsi kimi yadda qalmaqdadır

ain.az bildirir, Bizimyol portalına istinadən.

“Bu gün Şərqi Avropada, Yaxın Şərqdə müxtəlif formalarda müxtəlif müharibələr baş verməkdədir. Hər nə qədər bu müharibələr xüsusi hərbi əməliyyat kimi xarakterizə edilsə də, hər nə qədər bu müharibələr hərbi obyektlərin və yaxud təhlükəli hərbi-sənaye vasitələrinin sıradan çıxarılması kimi xarakterizə edilsə də, əslində sözün tam mənasında baş verənlər tammiqyaslı müharibədir”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 4 ildən çox davam etməsinə baxmayaraq, Rusiya-Ukrayna müharibəsində yekun nəticə yoxdur.

“Bu gün 40 gündən çox davam edən Yaxın Şərqdə isə artıq illərdir davam edən müharibələrdə hər hansı bir nəticə əldə edilməyib. Ancaq Azərbaycan 44 gün ərzində elə bir müharibə nümunəsi yaratdı ki, günün sonunda tam və qəti qələbə əldə etməyi bacardı. Bu, XXI əsr müharibələr tarixində tək belə nümunə olaraq qalmaqdadır. Azərbaycan müharibə apararkən vətəndaşlarının mənafelərini, onların sosial rifahını, onların alıcılıq qabiliyyətini və iqtisadi imkanlarını əsla və əsla məhdudlaşdırmadı. Sifari vətəndaşlarımız müharibənin nəticələrindən sosial rifah və ailə büdcəsi kontekstində ziyan görmədilər. Ancaq digər müharibə aparan ölkələrdə milli valyutanın necə sürətlə devalvasiya olunduğunu görürük, vətəndaşların rifahının illərlə yığdıqları yatırımların necə onların qısa müddətdə əllərindən çıxdıqlarını müşahidə edirik.

Azərbaycan əldə etdiyi qətiyyətli zəfərdən sonra vətəndaşların rifahı üçün yeni imkanlar yaratdı, böyük qayıdış şərtlərini təmin etdi, iqtisadi imkanlarımız artdı, sosial rifah yaxşılaşdı və düşmənə yenidən müharibə aparmaq üçün heç bir şans buraxmadı. Və qısa müddətdə əldə edilən qələbəni uzunmüddətli sülhə çevirməyi bacardı ki, yəni bundan sonrakı mərhələdə də regional inteqrasiya və ticarət imkanları üçün yeni şərtlər formalaşdırdı”-deyən deputat hesab edir ki, XXI əsr müharibələr tarixində qətiyyətli strateji baxımdan əsaslandırılmış və siyasi-diplomatik baxımdan isə gələcəyə hesablanmış bir müharibə modelini yaratdı.

“Azərbaycan haqlı tərəf olduğu üçün və ədalətli müharibə apardığı üçün təkcə Azərbaycan-Evansdan münasibətlərində yox, geniş mənada region üçün də sülh şərtləri təmin etdi. Hər bir Azərbaycan vətəndaşı və regional aktyorlar bunun fərqindədirlər, Azərbaycanın müharibə nümunəsi hələ də sadaladığımız parametrlər üzrə XXI əsr müharibələr tarixində tək qəti qələbə nümunəsi kimi yadda qalmaqdadır”-deyə Hikmət Babaoğlu qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
bizimyol.info

1Sources