EN

İran: ABŞ İsrail hücumları 125 mindən çox mülki obyektə zərər vurub

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranda ABŞ və İsrailin həyata keçirdiyi hücumların mülki infrastruktura ciddi ziyan vurduğu açıqlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, İran Qızıl Ayparasının rəhbəri Pir Hüseyn Kulivand bildirib ki, fevralın 28-dən aprelin 8-dək davam edən hücumlar nəticəsində ölkə üzrə ümumilikdə 125 630 mülki vahidə zərər dəyib.

Onun sözlərinə görə, zərər görən obyektlərdən 23 500-ü ticarət mərkəzləri və müxtəlif müəssisələrdir.

Kulivand həmçinin qeyd edib ki, hücumlar zamanı səhiyyə infrastrukturu da hədəf alınıb. Bildirilib ki, xəstəxanalar, apteklər, laboratoriyalar və təcili tibbi yardım xidmətləri daxil olmaqla ümumilikdə 339 səhiyyə müəssisəsinə ziyan dəyib.

Rəsmi şəxslər hücumların miqyası və nəticələri ilə bağlı məlumatların dəqiqləşdirilməsinin davam etdiyini vurğulayıb.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
azxeber.com

2Sources