EN

"Ukrayna Yaxın Şərqə dronlara qarşı mübarizə təcrübəsini ötürür" - Zelenski

Ukrayna Yaxın Şərq ölkələrinə İran istehsalı “Şahid” dronlarına qarşı mübarizə təcrübəsini nümayiş etdirir.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatları və elektron müharibə üzrə hərbi mütəxəssislərini region ölkələrinə göndərib.

Zelenski deyib: “Biz mütəxəssislərimizi Yaxın Şərqə göndərmişik. Bəzi ölkələrə dronları necə zərərsizləşdirməyi göstərmişik”.

O qeyd edib ki, bu əməkdaşlıq müqabilində Ukrayna enerji infrastrukturunu qorumaq üçün elektron müharibə avadanlıqları əldə edəcək və maliyyə razılaşmaları bağlayacaq.

Prezident əlavə edib ki, Ukrayna Fars körfəzi ölkələrinin təhlükəsizliyinin gücləndirilməsinə dəstək verir və bunun qarşılığında neft və dizel yanacağı təchizatı da təmin olunur.

Zelenski həmçinin bildirib ki, Ukrayna üç Yaxın Şərq ölkəsi ilə 10 illik müqavilələr imzalayıb.

Onun sözlərinə görə, Oman, Küveyt və Bəhreyn ilə təhlükəsizlik sahəsində danışıqlar aparılır və bu razılaşmalar mövcud əməkdaşlığı tamamlayır.

Aminə ŞAHSUVARQIZI

Chosen
23
redaktor.az

1Sources