EN

Əmək və əhalinin sosial müdafiəsi naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 10 aprel, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qobustan və Şamaxı rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Vətəndaşların məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Onların arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Nazir Qobustan rayon sakinləri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elyar Arif oğlu Vəliyevin ailə üzvləri ilə də görüşüb. O, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial dəstəklə əhatə edilməsinin nazirliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.

Hər bir vətəndaş müraciəti fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

 

Chosen
38
14
azertag.az

10Sources