“Atletiko” “Barselona”nın gənc yarımmüdafiəçisi Mark Bernalla maraqlanır.
İdmanxeber.az xəbər verir ki, Madrid klubu artıq futbolçunun nümayəndəsi ilə ilkin danışıqlara başlayıb.
18 yaşlı oyunçu bu mövsüm 28 matçda 5 qol və 1 assistlə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2029-cu ilə qədərdir.