Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Məlum olur ki, Aİ müşahidəçiləri öz missiyalarını kənara qoyaraq vaxtlarının böyük hissəsini əyləncə məkanlarında keçirirlər”.Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.Nəşr qeyd edib ki, hətta ciddi insidentlər qeydə alındıqda belə, sülhə kölgə salmamaq üçün bunu ört-basdır edirlər.“Müşahidəçi qrupunun rəhbəri M. Ritter Ermənistanı tərk etdikdən sonra qalan qrup nəzarətsiz vəziyyətə düşüb. Görünür, onlar artıq öz mövcudluqlarının mənasız olduğunu anlayır və sərhəddə nəzarət əvəzinə vaxtlarını əyləncə mərkəzlərində keçirirlər.Əlimizdə olan fotolardan görünür ki, müşahidəçilər saunalara, restoranlara gedir və ya sadəcə təbiətdə istirahət edirlər. Avropalıların sevimli məkanları sırasında Tsaxkadzordakı “Dahuk” restoranı, Martuni şəhərindəki “Xrçit” və İrəvandakı saunalar qeyd olunur”, - deyə nəşr bildirib. (Ordu.az)Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.