EN

Dadaşın zədəsi yenə baş qaldırıb

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Dadaş Dadaşbəylinin Gürcüstanın Batumi şəhərində keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak etməməsinin səbəbi müəyyənləşib. 110 kq çəki dərəcəsində çıxış edən atlet ötən il aldığı zədəyə görə ağrılarının yenidən baş qaldırdığını söyləyib:

“2025-ci ildə keçirilən dünya çempionatı zamanı dizimdən aldığım zədə hələ də tam sağalmayıb. Buna baxmayaraq, ötən il Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında iştirak etdim, uğurlu nəticə qazandım. Bundan sonra ağrılarım artmağa başladı. Mənim üçün çətin dönəm idi. Hazırda bərpa prosesi keçirəm. Tam sağalandan sonra yenidən yarışlara qatılacağam”.

Qeyd edək ki, aprelin 19-dan 26-na kimi keçiriləcək Avropa çempionatı üçün yığmanın ilkin heyəti açıqlanıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytındakı siyahıda Tehran Məmmədov (65 kq), İsa Rüstəmov (71 kq), Ravin Alməmmədov (79 kq) və Əli Şükürlünün (110 kq) adı yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources