İsraillə gərginliyin başlamasından bəri Livanda ərzaq qiymətləri kəskin şəkildə artıb.
“Unikal” xəbər verir ki, bu barədə Dünya Ərzaq Proqramı məlumat yayıb.
Bildirilir ki, tərəvəz qiymətləri 40%-dən çox, çörək qiymətləri isə 17%-ə qədər artıb. Bu arada, ev təsərrüfatlarının gəlirləri azalıb, tələb isə davam edən köçkünlük fonunda artır.