Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2009-cu ildən bəri Rus Pravoslav Kilsəsinə rəhbərlik edən 79 yaşlı Patriarx Kirillin səhhətində ciddi problemlər yaranıb.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, o, koqnitiv problemlər yaşayır və demensiya ilə üzləşib.
Pasxa bayramı ərəfəsində Kirill Xilaskar Məsih Katedralında keçirilən liturgiyayada əsas kilsə bayramlarını və dualarını qarışdıraraq, səhv oxuyub. O, Pasxa öncəsi xütbəsinə Pasxa əvəzinə yanvar ayında qeyd olunan Milad və Epifaniya (Rəbbin Vəftizi) bayramları haqqında dualarla başlayıb.
Hələ ötən ilin dekabr ayında onun səhhətinin pisləşməsinə dair məlumatlar yayılmışdı: “Bəziləri "koqnitiv problemlərdən", digərləri isə "sürətlə irəliləyən demensiyadan" danışır”.
Qeyd olunur ki, Vladimir Putinin dövründə hökumətlə qaynayıb-qarışan və dövlət qrantlarının əsas alıcısı olan Kirillin rəhbərliyindəki Rus Pravoslav Kilsəsi dini təbliğata baxmayaraq, real ictimai dəstəyini itirib.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.