EN

Mirça Luçesku son mənzilə yola salınıb

Bakı, 10 aprel, AZƏRTAC

80 yaşında vəfat edən tanınmış rumıniyalı mütəxəssis Mirça Luçesku vətənində dəfn olunub.

AZƏRTAC xəbər verir ki, onun vida mərasimi paytaxt Buxarest şəhərində yerləşən Aziz Eleftherios kilsəsində təşkil olunub.

Daha sonra rumıniyalı məşqçinin nəşi Bellu qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Mirça Luçesku karyerası ərzində Türkiyədə “Qalatasaray”, “Beşiktaş” və Ukraynada Donetsk “Şaxtyoru” kimi tanınmış klublarda çalışıb, həmçinin Türkiyə və Rumıniya millilərinin baş məşqçisi olub. O, rəhbərlik etdiyi komandalarla bir sıra ölkə çempionluqları və beynəlxalq uğurlar əldə edib.

Chosen
14
3
azertag.az

4Sources