EN

FHN: İntensiv yağışlarla əlaqədar təhlükəsizik tədbirləri davam etdirilir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.

Chosen
2
34
apa.az

10Sources