Qərbdə KTMT-a mübasibətdə "Rus NATO"su kimi səciyyələndirilən TDT-ı bəlli səbəblərə görə "Türk NATO" su statusuna iddialı kimi görünsə də, onun fəaliyyəti və ayrı-ayrı hadisələrə münasibətdə sərgilədiyi mövqe daha çox Ərəb dövlətlərinin Liqasını xatırladır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Elşən Manafov söyləyib:
"Məsələ burasındadır ki,təşkilatın nizamnaməsində onun NATO kimi fəaliyyətini tənzimləyə biləcək hüquqi müddəalar öz əksini tapmayıb. Üstəlik, təşkilata üzv olan dövlətlər faktiki olaraq qarşıdurma vəziyyətində olan hərbi-siyasi bloklarda- NATO və KTMT da təmsil olunurlar. Türkiyə NATO da, Qazaxıstan və Qırğızıstan isə "Rus NATO"sunda qərarlaşıblar. Onların bir araya gəlib hərbi siyasi blokda toparlanmaları ilk əvvəl NATO və KTMT ilə münasibətlərə aydınlığın gətirilməsi zərurətini doğurur. Digər tərəfdən Ərəb Dövlətləri Liqasında təmsil olunan dövlətlərin hətta ümumərəb mahiyyətli münasibətlərə vahid mövqe sərgiləməsini əngəlləyən amillər onların ABŞ, İsrail və İranla olan münasibətləridir və bu faktor TDT-da bir araya gəlmiş dövlətlərə də xasdır.Türkiyə NATO üzvi olsa da, onun İsrailə olan rəsmi münasibəti Azərbaycanın İsraillə münasibətlərinin xarakterindən fərqlənir, bu amil Mərkəzi Asiyanın türkdilli dövlətlərinin xarici siyasətində də özünü qabarıq biruzə verir, buradakı türk kökənli dövlətlərin xarici siyasətində Rusiya, Çin faktoru Qərblə müqayisədə daha əfzəldir.
Beləliklə dil, dini kontekstdə ümumi köklərə, ortaq tarixi tale və ortaq mədəni dəyərlərə baxmayaraq türk dövlətlərinin regional coğrafiyası, qarşı duran beynəlxalq güc mərkəzləri ilə təmasları TDT-nın yaxın perspektivdəTürk "NATO "na reinteqeasiya proseslərində hələlik əyləc mexanizmləri rolunda çıxış edir".
Zeynəb Mustafazadə