EN

Deputat Qarabağdakı evlərin keyfiyyətindən danışdı: “Mənim evim də yeni tikilib, keyfiyyətindən narazı deyiləm”

“Mənim olduğum yerlərdə, xüsusilə, Xocalı və Ağdam rayonlarının mərkəzində və kəndlərində tikilən evlərdə qüsur yoxdur. Kifayət qədər keyfiyyətli işlər görülür. Əhalidə də belə bir narazılığın şahidi olmamışam”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında 118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, Qarabağda tikilən evlərin keyfiyyətinə tikinti şirkəti və sifarişçi təşkilat cavabdehdir: “Xocalının özündə, 10-dan çox yaşayış məntəqəsinə daimi köç olur. Artıq iki ilə yaxındır, köç davam edir. Hələ ki, görülən işlərdən narazılıq eşitməmişəm. Deputatların Qarabağdakı evlərinə gəlincə, mənim evim də yeni tikilib. Sıradan evdir, qohum-qonşu üçün tikilən evlərdəndir. Keyfiyyətindən narazı deyiləm”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Aprel 2026, 17:01   
Chosen
60
pravda.az

1Sources