EN

"Livan atəşkəsə daxil deyil" - Vens

"İranlılar atəşkəsin Livanı da əhatə etdiyini düşünürdülər, amma biz buna heç vaxt zəmanət vermədik".

"Unikal" xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D. Vens açıqlayıb. 

O, Livanın atəşkəsə daxil edilib-edilməməsi ilə bağlı danışarkən deyib ki, bu barədə anlaşılmazlıq olub: "Mənim başa düşdüyüm qədər, israillilər öz təşəbbüsləri ilə danışıqların uğur qazanmasına kömək etmək üçün Livanda bir az təmkinli olmağı təklif ediblər. Çünki bu, atəşkəs sazişinin bir hissəsi deyil. Əgər İran bu danışıqları onlarla heç bir əlaqəsi olmayan Livan üzündən pozmaq istəyirsə, bu, axmaqlıq olardı, amma onların seçimidir".

Ağarza Elçinoğlu 

Chosen
19
unikal.az

1Sources