EN

Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq inkişaf etdirilir

Bakı. Trend:

Ölkələrimiz arasında hərbi sahədə əlaqələrin genişləndirilməsiməqsədi ilə Müdafiə Nazirliyinin nümayəndə heyəti Çin XalqRespublikasına səfər edib.

Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə NazirliyininBeynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıqsahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü”keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti,inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlarbarədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıraəməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsiaparılıb.

Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planındanəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib vəcari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirəedib.

Görüşdə həmçinin Azərbaycan - Çin arasında hərbi əməkdaşlığıntəcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğuvurğulanıb.

Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiəqurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi vəqarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

Məqalədə:
Chosen
30
17
az.trend.az

10Sources