ABŞ-İsrail müharibəsi təxminən 4,25 milyon insanı didərgin salıb: İranda təxminən 3,2 milyon, Livanda isə bir milyondan çox insan münaqişə zamanı evlərini tərk edib.
KONKRET.az xəbər verir ki, təxminən 4100 nəfər ölüb, onlardan 2400-ü İranda, 1700-ü isə Livandadır.
Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, fevralın 28-dən bəri təxminən 45700 nəfər yaralanıb. Bu rəqəmə İsraildə İran hücumlarında yaralanan 7000 nəfər də daxildir.