EN

Azturk Holding rəhbərliyi adından dələduzluq edilir



Azturk Holding olaraq bildiririk ki, bəzi şəxslər şirkətimizin prezidentinin adından sui-istifadə edərək müxtəlif insanlardan pul tələb etməyə və ya almağa cəhd göstərirlər. Bu cür hərəkətlər qanunsuzdur və şirkətimizin prinsiplərinə tamamilə ziddir.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlama sözügedən şirkət tərəfindən yayılıb. Açıqlamada bildirilib ki, bu kimi şəxslərin Azturk Holding ilə heç bir əlaqəsi yoxdur və onların fəaliyyətinə görə şirkətimiz məsuliyyət daşımır:

"Bir daha diqqətinizə çatdırırıq ki, Azturk Holding tərəfindən həyata keçirilən bütün rəsmi tenderlər və layihələr yalnız şirkətin rəsmi saytı vasitəsilə elan olunur.

Hər hansı şübhəli hallarla qarşılaşdığınız təqdirdə, dərhal bizimlə əlaqə saxlamağınızı xahiş edirik".

Süleyman
Chosen
33
1
newscenter.az

2Sources