Son günlər taksi sahəsi ilə bağlı məlumatlar yayılıb.
Milli.Az xəbər verir ki, Nazirlər Kabineti məsələyə aydınlıq gətirib. "Nazirlər Kabineti tərəfindən 7 aprel tarixində verilən 210 nömrəli Sərəncama və ondan irəli gələn məsələlərə dair bildiririk ki, sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir. Taksi sahəsini əhatə etmir.
Məlumat üçün bildiririk ki, Sərəncamda da göründüyü kimi 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur.
Xatırladaq ki, sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar (bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir)." deyə məlumatda qeyd olunub.
Milli.Az