EN

İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq

ABŞ və İsraillə hərbi münaqişə başa çatdıqdan sonra Hörmüz boğazı yenidən açılacaq. Bunu İranın Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bildirib.


“Müharibə hələ bitmədiyi üçün İran Hörmüz boğazına nəzarət edir. Əminəm ki, müharibədən sonra o, açılacaq və hər iki ölkə bundan faydalanacaq", - o bildirib. 

ABŞ prezidenti Donald Trump isə daha əvvəl bəyan edib ki, İran Hörmüz boğazından keçən tankerlər üçün ödəniş tətbiq etməməlidir.

Bundan əvvəl Financial Times yazmışdı ki, Tehran ABŞ ilə iki həftəlik atəşkəs dövründə boğazdan keçən tankerlərdəki hər barel neft üçün 1 dollar həcmində kriptovalyuta ödənişi tələb edib.

Məlumatlara görə, İran Hörmüz boğazında tanker hərəkətini dayandırıb və atəşkəsin pozulmasına görə İsrailə qarşı cavab zərbəsi hazırladığını bəyan edib. Tehran Vaşinqtonla razılaşmalara Livanda atəşkəsin də daxil olduğunu iddia etsə də, İsrail ordusunun Hizbullah hərəkatına qarşı əməliyyatları davam edir.

Məlumatlara əsasən, Livanda 250-dən çox insan həlak olub, yaralıların sayı isə 1000-i keçib. Ağ Ev isə ABŞ və İran arasında yaranmış vəziyyəti “anlaşılmazlıq” kimi qiymətləndirir.

Aytac 

Chosen
2
1
anews.az

2Sources