EN

Xəyanətə görə təzminat: Ailəni qoruyacaq, yoxsa dağıdacaq?

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Xəyanətə görə təzminat tələbi ailə institutunun gələcəyi ilə bağlı ciddi müzakirələr yaradıb. Bu hüquqi addımın nikahları qoruyacağı və ya boşanma sayını artıracağı sosioloqlar tərəfindən müxtəlif formalarda qiymətləndirilir. Bir tərəfdən belə bir məsuliyyətin olması tərəfləri daha etik davranmağa vadar edə bilər. Digər tərəfdən isə məişət münaqişələrinin birbaşa məhkəmə müstəvisinə çıxarılmasının ailə tellərini daha tez qoparacağı ehtimal edilir.Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, xəyanətə görə təzminat tətbiqi ailə modelinə həm müsbət, həm də mənfi təsir göstərmə potensialına malikdir."Bir tərəfdən bu, ailə institutunu gücləndirə bilər, digər tərəfdən isə ailə daxilində çəkişmələrin, dedi-qoduların və münaqişələrin artmasına, ər-arvad münasibətlərində gərginliyin dərinləşməsinə səbəb ola bilər. Bu baxımdan belə qiymətləndirmək olar ki, hazırkı dövrdə bu yanaşma boşanma dinamikasını azaltmaqdan çox, əksinə, artıra bilər".Sosioloq bildirib ki, eyni zamanda bu yanaşma yeni bir hüquqi presedent formalaşdırır və ailə mübahisələri ilə bağlı məhkəmələrin iş yükünü də artırır. "Təbii ki, məhkəmələr bu tip problemlərin həlli üçün daha aktiv şəkildə fəaliyyət göstərməli olacaqlar. Digər tərəfdən, bu kimi hallar ər-arvad münasibətlərində boşanma prosesinin motivasiyasına və gedişinə yeni bir anlayış gətirə bilər. Bəzi hallarda isə ailədaxili gərginliyin daha da uzanmasına və münasibətlərdəki konfliktlərin daha mürəkkəb mərhələyə keçməsinə səbəb ola bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
demokrat.az

1Sources