EN

Xocasən Lökbatan yolunda xaos: Sürücülər yol çiynini ”alternativ zolağa” çevirdi VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Xocasən–Lökbatan yolunda bir qrup sürücünün yol hərəkəti qaydalarını pozduğu anlar kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 8-də saat 12:15 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, müxtəlif markalı avtomobillərin sürücüləri tıxacdan yayınmaq məqsədilə yol çiyninə çıxaraq hərəkət ediblər. Daha sonra isə yenidən əsas zolağa daxil olmaq üçün manevr edərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıblar.

Nəticədə qayda pozan sürücülərin bu hərəkətləri yolda yaranmış sıxlığın daha da artmasına səbəb olub.

Kadrlarda 99-RX-391 dövlət nömrə nişanlı “Mercedes” markalı yük avtomobilinin sürücüsünün də eyni qayda pozuntusuna yol verdiyi görünür. Üstəlik, yenidən zolağa qayıtmaq istəyən sürücü digər hərəkət iştirakçıları tərəfindən ona yol verilmədiyini görərək “O hissədən keçməyimin sənə nə aidiyyəti var? Saat 8-dən qalmışam burada, gərək çıxam” deyə törətdiyi qayda pozuntusuna haqq qazandırıb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
avtosfer.az

1Sources