EN

Budanov elan etdi: Rusiya Ukrayna müharibəsi çox davam etməyəcək

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Ofisinin rəhbəri və danışıqlar prosesinin əsas iştirakçısı Kiril Budanov müharibənin uzun çəkməyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Budanov “Bloomberg”ə müsahibəsində deyib.

“Ruslar müharibənin bitməli olduğunu başa düşürlər. Buna görə də danışıqlar aparırlar. Amma bunun uzun çəkəcəyini düşünmürəm”, – Budanov deyib.

Budanov qeyd edib ki, Rusiya maliyyə səbəblərinə görə sürətli sülh razılaşmasında həqiqətən maraqlıdır:

“Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bunlar böyük məbləğlərdir. Söhbət trilyonlardan gedir”

Budanovun sözlərinə görə, hər iki tərəf əvvəllər “maksimalist mövqe” sərgiləyib, lakin indi tədricən kompromisə doğru irəliləyir. Lakin Donbas məsələsində kompromisin necə olacağı aydın deyil.

Qeyd edək ki, Rusiya və Ukraynanın ilin əvvəlində ABŞ-ın vasitəçiliyi ilə fəal şəkildə davam etdirdiyi danışıqlar prosesi Yaxın Şərqdə müharibənin başlamasından sonra dayandırılıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
2
globalinfo.az

2Sources