EN

Küveytin hava məkanı daha12 saat bağlı qalacaq

BAKI, 10 aprel. TELEQRAF

Küveytin hava məkanı ən azı 12 saat bağlı qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə TASS-a bildirib.

"Hava məkanı aprelin 11-də səhər saatlarına qədər daha 12 saat bağlı qalacaq".

Yeri gəlmişkən mənbə qadağanın daha da uzadıla biləcəyini də istisna etməyib.

Qeyd edək ki, ABŞ ilə İran arasında atəşkəsdən sonra İraq, Suriya və Bəhreyn hava məkanlarını mülki aviasiya üçün açmışdı. Qətər və BƏƏ-nin hava məkanında isə məhdudiyyətlər qismən qüvvədə qalır.

Chosen
45
1
teleqraf.com

4Sources