EN

Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasında dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Babək rayonunun Araz kəndi yaxınlığında qeydə alınıb.

Qəza zamanı 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə nəticəsində avtomobillərdə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar: Nazim Salmanov (1983-cü il təvəllüdlü), Aminə Ələkbərova (1977), Hikmət Muradov (1963), Zülfünaz Fərzəliyeva (1970).

Xəsarət alan şəxslər dərhal təcili tibbi yardım maşınları ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir./Oxu.az


Telegram kanalımız
Chosen
35
5
yenisabah.az

4Sources