EN

Türkiyənin danışdığı ata: Sosial mediada yayıldı, qapısı döyüldü, bütün təklifləri rədd etdi

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Konya şəhərində əngəlli oğlu üçün hazırladığı xüsusi aparatla onu pəncərədən çölə baxdıran Ramazan Sertin görüntüləri sosial mediada böyük əks-səda doğurub.

Sherg.az xəbər verir ki, qısa zamanda gündəm olan görüntülərdən sonra çox sayda insan ailə ilə əlaqə saxlayıb, yardım təklif edib. Lakin ata Ramazan Sert bütün maddi təklifləri rədd edərək deyib: “Mənim ehtiyacım yoxdur, öz gücümlə dolanıram. Mənə edilən yardımlara görə hər kəsə təşəkkür edirəm.”

Sert bildirib ki, məqsədi yalnız 29 yaşlı oğlu Məhammədə dünyanı göstərə bilməkdir və bunun üçün evdə və avtomobildə xüsusi qurğular hazırlayıb.

O, “Mənim həyatım Məhammədə görə qurulub. Ona görə yaşayırıq, ona görə hərəkət edirik” sözləri ilə hər kəsi duyğulandırıb.

Qonşuları da onu “nümunəvi ata” kimi qiymətləndirərək ailəyə dəstək olduqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
sherg.az

1Sources