Bakıda şadlıq sarayından çıxan tüstü mənzillərə dolur.
Bununla bağlı görüntüləri "Xəzər Xəbər"in qaynar xəttinə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yaşayan bir qrup sakin göndərib.
Xezerxeber.az-ın məlumatına görə, onlar iddia edirlər ki, yaxınlıqda yerləşən "Təbrik" şadlıq sarayından çıxan tüstü onlara problem yaradır.
Tüstü səbəbindən geyimlərindən də qoxu gəldiyini dilə gətirirlər.
Şadlıq sarayının nümayəndəsi Elçin Abbasxanov isə bildirdi ki, tüstünün çox olması havalandırmada yaranan nasazlıq səbəbindən baş verib.
Onun sözlərinə görə, bu kimi hallar baş verdikdə problem dərhal aradan qaldırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, resotaranlarla bağlı məsələ daim nəzarətdə saxlanılır. Bu problem də araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.