
Rusiya Ədliyyə Nazirliyi Stenford Universitetini “arzuolunmaz” təşkilatlar reyestrinə əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin veb saytında məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluq qərarı martın 26-sı verib. Həmin vaxt qərar ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Stenford Universiteti dünyanın ən yaxşı beş universiteti arasındadır. Onun arzuolunmaz təşkilat kimi təyin edilməsi, digər məsələlərlə yanaşı, istənilən Rusiya universitetləri arasında birgə tədqiqat layihələrini qadağan edir.