EN

SAXAL Livanda əməliyyat başlayandan "Hizbullah"ın 1400 üzvünün öldürüldüyünü açıqlayıb

İsrail ordusu Livanda keçirilən əməliyyatlar zamanı "Hizbullah"ın 1 400-dən çox üzvünün öldürüldüyünü iddia edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Bildirilib ki, döyüş əməliyyatları martın 2-dən davam edir. Bu müddətdə Livan ərazisinə endirilən zərbələr nəticəsində 4 300-dən çox hərbi infrastruktur obyekti məhv edilib.

Eyni dövrdə İsrail tərəfi 12 hərbçisinin həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, İsrail Livanda əməliyyatlara martın 2-də başlayıb. "Hizbollah" İsrail ərazisinə zərbələr endirməyə başladıqdan sonra qarşıdurma genişlənib. Rəsmi açıqlamalara görə, əməliyyatın məqsədi Litani çayının cənubunda bufer zona yaratmaq və İsrailin şimal yaşayış məntəqələrini atəşdən qorumaqdır.

Chosen
11
2
moderator.az

3Sources