EN

"Paşinyan bununla göstərmək istəyir ki, o, qarşıdakı seçkilərdə yenidən qələbə qazanacaq"


"Paşinyan bununla göstərmək istəyir ki, o, qarşıdakı seçkilərdə yenidən qələbə qazanacaq"

Gender.Az bildirir ki, bunu Demokrat.az-a açıqlama verən politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Nikol Paşinyanın dünənki brifinqdə iyun seçkilərindən sonra Rusiyaya səfər edəcəyi ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. 

"Lakin bu açıqlamanın arxasında duran əsas məqsəd onun öz rəqiblərinə mesaj verməsidir. Paşinyan bununla göstərmək istəyir ki, o, qarşıdakı seçkilərdə yenidən qələbə qazanacaq, hakimiyyətini qoruyacaq və parlament seçkilərindən sonra yenidən seçilmiş baş nazir kimi Rusiyaya səfər edəcək".


Ekspert bildirib ki, onun ilk səfərini məhz Rusiyaya planlaşdırması da təsadüfi deyil. 

"Belə ki, Paşinyan qərbyönümlü siyasət yürütməyə çalışsa da, Ermənistanın Rusiya ilə strateji müttəfiqlik münasibətləri hələ də davam edir. Bu baxımdan Rusiya ilə əlaqələr Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Paşinyanın ilk səfərini Moskvaya planlaşdırması anlaşılandır. Verilən mesaj daha çox daxili auditoriyaya, xüsusilə də onun rəqiblərinə və Rusiyanın dəstəklədiyi siyasi qüvvələrə ünvanlanıb. Yəni əsas fikir ondan ibarətdir ki, Paşinyan seçkilərdə qələbə qazanacağını öncədən vurğulayır və qalib tərəf kimi Rusiyaya səfər edəcəyini bəyan edir".

Əfsanə Kamal
Chosen
33
1
gender.az

2Sources