EN

Ərazilərdə yığılan yağış sularının kənarlaşdırılması işləri davam etdirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Publika.az-a ADSEA-dan məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.

Digah qəsəbəsi, Bakıxanov küçəsində kanalizasiya şəbəkəsi olmayan göl ətrafı evlərə və həyətyanı sahələrə yığılan yağış sularının Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən gölə təxliyə edilməsi işləri davam etdirilir.

Xəzər rayonu Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, Döngə 2.-də intensiv yağışlar nəticəsində toplanmış sular nasos vasitəsilə ərazidən kənarlaşdırılır.

Chosen
17
25
publika.az

10Sources