EN

Qazaxıstanda sənaye tullantılarını 40 dəfə azaldan texnologiya hazırlanıb

Qazaxıstanlı alimlər zərərli sənaye tullantılarını 40 dəfəyə qədər azaldan yeni qaztəmizləmə texnologiyası hazırlayıblar.

AZƏRTAC Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, Jubanov Aktobe Regional Universitetinin tədqiqatçıları tərəfindən yaradılan sistem artıq Aktobe, Aksu və Ekibastuz şəhərlərindəki müəssisələrdə tətbiq olunur.

Qeyd olunub ki, Aktobe ferroərinti zavodunda aparılan sınaqlar zamanı emissiyalarda toz və zəhərli komponentlərin miqdarı 40 dəfə azalıb. Texnologiya metallurgiya, enerji və digər sənaye sahələrində istifadə oluna bilər.

Vurğulanıb ki, layihə yerli texnologiya kimi hazırlanıb və xarici sistemlərdən asılılığı azaltmağa imkan verir.

Chosen
10
3
yeniazerbaycan.com

4Sources