EN

“İranın əlində kart yoxdur” – Trampdan daha bir sərt mesaj

ABŞ-ın prezidenti Donald Tramp Pakistanda İranla görüş ərəfəsində bir-birindənsərt açıqlamalarla çıxış edir. Tramp bildirib ki, Tehran rəhbərliyi danışıqlarda real gücə malik olmadığını anlamır və yalnız beynəlxalq dəniz yollarından istifadə etməklə qısamüddətli təzyiq göstərməyə çalışır.

Trampın sözlərinə görə, İran faktiki olaraq strateji üstünlüyə malik deyil.

“İranın əlində heç bir kart yoxdur. Görünür, onlar bunu başa düşmürlər. Onların edə bildiyi yeganə şey beynəlxalq dəniz yollarından istifadə etməklə qısamüddətli şantajdır”, – deyə Tramp vurğulayıb.

ABŞ-ın prezidenti xüsusilə Hörmüz boğazına işarə edərək bildirib ki, İran bəzən qlobal enerji ticarətinin əsas arteriyalarından birini təzyiq alətinə çevirməyə çalışır. Onun fikrincə, bu cür taktika uzunmüddətli strateji üstünlük yaratmır və yalnız qısamüddətli gərginlik yaradır. Trampın bu açıqlaması ABŞ və İran arasında gözlənilən danışıqlar fonunda səslənib. Hörmüz boğazının qapalı qalması qlobal enerji bazarlarına birbaşa təsir göstərir. Dünyada daşınan neftin təxminən beşdə biri məhz bu strateji dəniz yolu vasitəsilə nəql olunur.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
29
musavat.com

1Sources