EN

Çəki atmağa kömək edən şəkərsiz ev şokoladı

Sağlam qidalanma vərdişləri çərçivəsində hazırlanan bu şokolad tərkibindəki təbii yağlar və dadlandırıcılar sayəsində metabolizmaya kömək edir və şəkər böhranlarının qarşısını alır.

Milli.Az lazım olan məhsulları təqdim edir:
3 xörək qaşığı kakao

2 xörək qaşığı kokos yağı

2 xörək qaşığı bal və ya xurma püresi (təbii dadlandırıcı kimi)

Bir çimdik duz

İstəyə görə: 1 çay qaşığı vanil ekstraktı

Zövqə görə: Çiy fındıq, badam və ya qoz

Hazırlanma qaydası:
İlk növbədə kokos yağını benmari üsulu ilə (su hamamında) əridin.

Yağ tam əridikdən sonra üzərinə kakaonu əlavə edin və tam hamar konsistensiya alana qədər qarışdırın.

Balı və ya xurma püresini, vanili və duzu əlavə edərək qarışdırmağa davam edin.

Hazırladığınız qarışığı yağlı kağız sərilmiş qaba tökün. Üzərinə çiy çərəzləri (fındıq, badam və s.) səpin.

Şokoladı soyuducuda təxminən 1-2 saat donması üçün gözlədin.

Niyə bu şokolad faydalıdır?
Şəkərsizdir: Qan şəkərini ani yüksəltmir, toxluq hissi yaradır.

Sağlam yağlar: Kokos yağı enerji verir və maddələr mübadiləsini sürətləndirir.

Antioksidant mənbəyi: Saf kakao ürək sağlamlığı və əhval-ruhiyyə üçün faydalıdır.

Hər nə qədər "kilo-kilo yesəniz də zayıflada bilər" başlığı ilə təqdim olunsa da, yadda saxlamaq lazımdır ki, kokos yağı və balın da müəyyən kalori dəyəri var. Bu şokolad marketlərdəki şəkərli məhsullara nisbətən çox daha sağlamdır, lakin balanslı istehlak hər zaman vacibdir.

Lalə Qüdrətova
Milli.Az

Chosen
1
1
milli.az

4Sources