EN

"Real"da məşqçi ilə ulduz futbolçu arasında gərginlik

"Real Madrid" düşərgəsində qalmaqal baş verib. Metbuat.az xəbər verir ki, baş məşqçi Alvaro Arbeloa ilə müdafiəçi Raul Asensio arasında gərginlik müşahidə edilib. AS nəşrində dərc edilən xəbərə görə, Asensio Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti"yə qarşı keçirilən ilk oyunda start heyətdə yer almamasına etiraz edib. Məlumata görə, futbolçu etirazını birbaşa Arbeloaya bildirib. Məşqçi isə bunu intizamsızlıq hesab edib.

Bildirilir ki, Asensio üzrə istəsə də, məşqçi onu meydana buraxmayıb.

Chosen
18
metbuat.az

1Sources